Vladimir Putin - Rusiyanın Ukraynada qələbə qazanması üçün nüvə silahından istifadə etməsinə ehtiyac yoxdur
Vladimir Putin - Rusiyanın Ukraynada qələbə qazanması üçün nüvə silahından istifadə etməsinə ehtiyac yoxdur

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukraynada qələbə qazanmaq üçün Rusiyanın nüvə silahından istifadə etməsinə ehtiyac yoxdur.

“Bu cür silahlar müstəsna hallarda – ölkənin suverenliyinə və ərazi bütövlüyünə təhlükə yarandıqda istifadə oluna bilər. Düşünmürəm ki, indi belə hal deyil. Belə bir ehtiyac yoxdur”, – Putin bildirib.

Eyni zamanda, Putin qeyd edib ki, o, Rusiyanın nüvə doktrinasına dəyişikliklər edilməsini istisna etmir ki, bu da belə silahlardan istifadənin mümkün olacağı şərtləri əks etdirir.

Onun sözlərinə görə, lazım gələrsə, Rusiya nüvə silahını sınaqdan keçirə bilərdi, amma indi buna ehtiyac yoxdur.

Məlumat üçün bildirək ki, Rusiya və Amerika Birləşmiş Ştatları dünya nüvə silahlarının demək olar ki, 90%-nə sahibdir.