Vladimir Putin hökumətlərarası “BRİKS” təşkilatının parlamentinin yaradılması təşəbbüsü ilə çıxış edib
Vladimir Putin hökumətlərarası “BRİKS” təşkilatının parlamentinin yaradılması təşəbbüsü ilə çıxış edib

Rusiya prezidenti Vladimir Putin hökumətlərarası “BRİKS” təşkilatının parlamentinin yaradılması təşəbbüsü ilə çıxış edib.

Rusiya prezidenti “BRİKS”in 10-cu Parlament Forumunun iştirakçıları qarşısında çıxış edib.

“BRİKS”in hələ ki, institusionallaşmış parlament strukturu yoxdur, lakin mən inanıram ki, bu ideya gələcəkdə mütləq həyata keçiriləcək”, – Vladimir Putin qeyd edib.

Putinin söylədiyinə görə, bu il assosiasiya iştirakçılarının sayı 10 nəfərə qədər yüksəlib və Rusiya sədr kimi yeni üzvləri “BRİKS” mexanizmlərinə səmərəli şəkildə inteqrasiya etməyə çalışır.

“Açıq müzakirələr, xalq nümayəndələri arasında birbaşa söhbətlər təşkilatımızın dünyagörüşü prinsiplərinə və fəlsəfəsinə tam uyğundur. Bu, bir-birinin maraqlarının nəzərə alınması, beynəlxalq münasibətlərdə demokratiyaya əsaslanmaq, suverenliyə hörmət, hər kəsin fərdi inkişaf hüququdur”, – Putin bildirib.