Vladimir Putin - dünyada suverenliyin möhkəmləndirilməsi üçün əsl mübarizə başlayıb
Vladimir Putin - dünyada suverenliyin möhkəmləndirilməsi üçün əsl mübarizə başlayıb

Dünyada suverenliyin möhkəmləndirilməsi üçün əsl mübarizə başlayıb, – Rusiya prezidenti Vladimir Putin bildirib.

Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda çıxış edən Vladimir Putin bu mübarizənin getməsinin üç əsas səbəbini sadalayıb.

“İqtisadi baxımdan müasir dünyada dinamik inkişaf edən prosesə baxaq. Biz görürük ki, ölkələr arasında suverenliyin möhkəmləndirilməsi üçün üç əsas istiqamətdə – dövlət, dəyər-mədəni və iqtisadi istiqamətdə real mübarizə başlayıb. Eyni zamanda, qlobal inkişafın liderləri olan ölkələr haqlı və ya nahaq bütün gücləri ilə hegemon rolunu saxlamağa çalışırlar”, – deyə Putin bildirib.