Vladimir Putin bu gün Pxenyandan Vyetnama gələcək
Vladimir Putin bu gün Pxenyandan Vyetnama gələcək

Rusiya prezidenti Vladimir Putin bu gün Pxenyandan Vyetnama gələcək. Məlumatı “Reuters” yayıb.

Putinin Vyetnama səfəri artıq ABŞ tərəfindən pislənib. Ekspertlərin fikrincə, Rusiya nümayiş etdirmək istəyir ki, onun hər yerdə dostları var və Qərbin Rusiyanı təcrid etmək cəhdi əbəsdir. Qeyd edək ki, Rusiya Vyetnama mühüm silah tədarükçüsüdür.

Vyetnam Putinin beşinci müddətə Rusiya prezidenti seçilməsindən sonra Çin və Şimali Koreyadan sonra Putinin səfər edəcəyi üçüncü ölkədir. Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinə qarşı beynəlxalq həbs qərarı verib.