Vladimir Putin 18-19 avqust tarixlərində dövlət səfəri ilə Azərbaycana gələcək
Vladimir Putin 18-19 avqust tarixlərində dövlət səfəri ilə Azərbaycana gələcək

Rusiya prezidenti Vladimir Putin 18-19 avqust tarixlərində dövlət səfəri ilə Azərbaycana gələcək. Bu barədə məlumatı Kreml yayır.

Kremldən verilən məlumata əsasən, danışıqlar zamanı Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafı məsələləri, aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq.

Səfər çərçivəsində dövlət başçılarının birgə bəyanatının qəbulu, həmçinin, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.

Rusiya prezidenti Vladimir Putin Azərbaycana sonuncu dəfə 2018-ci ildə səfər etmişdi.