Vladimer Putin - "Taliban" ölkədə hakimiyyətə nəzarət edir və bu nöqteyi-nəzərdən onlar bizim üçün terrorla mübarizədə müttəfiqdirlər
Vladimer Putin - "Taliban" ölkədə hakimiyyətə nəzarət edir və bu nöqteyi-nəzərdən onlar bizim üçün terrorla mübarizədə müttəfiqdirlər

 
Rusiyanın Prezidenti “Taliban” hərəkatını terrorla mübarizədə müttəfiq hesab edir. Məlumatı “Reuters” agentliyi yayır.

“Reuters” Putinin bu barədə Astanada çıxışı zamanı bəyanat verdiyini yazır.

“Ümumiyyətlə, “Taliban”ın ölkədə hakimiyyətə nəzarət etməsi faktından çıxış etməliyik və bu nöqteyi-nəzərdən, əlbətdə onlar bizim üçün terrorla mübarizədə müttəfiqdirlər”- Putin bildirib.

Vladimer Putin, istənilən hökumətin idarə etdiyi hakimiyyətin və dövlətin sabitliyində maraqlı olduğunu bildirib.

“Əminəm ki, “Taliban” da Əfqanıstanda hər şeyin dinc olmasında və ölkənin müəyyən qaydalara tabe olmasında maraqlıdır”- Putin bildirib.