Vladimer Putin taktiki nüvə silahı ilə təlimin keçirilməsi haqda fərman imzalayıb
Vladimer Putin taktiki nüvə silahı ilə təlimin keçirilməsi haqda fərman imzalayıb

 
Rusiyanın Prezidenti taktiki nüvə silahı ilə təlimin keçirilməsi haqda fərman imzalayıb.

Müdafiə Nazirliyi artıq müvafiq əmri alıb.

Taktiki silahın istifadə edilməsi ilə Cənub Hərbi Dairəsi və Hərbi Dəniz Donanmasının iştirak edəcəyi təlim yaxın gələcəkdə başlayacaq.

Təlimlər zamanı qeyri-strateji nüvə silahından istifadə məsələləri müzakirə ediləcək.

Müdafiə Nazirliyinin bəyanatında qeyd olunduğu üzrə, təlimin keçirilməsinə səbəb “təxribat xarakterli bəyanatlar və Qərb rəsmilərinin təhdidləri” olub. Lakin dəqiq hansı bəyanatlardan söhbət getdiyi qeyd olunmayıb.