Vladimer Putin - Çoxqütblü dünya bu gün reallığa çevrilib
Vladimer Putin - Çoxqütblü dünya bu gün reallığa çevrilib

 
Çoxqütblü dünya bu gün reallığa çevrilib-bu haqda Rusiyanın Prezidenti Vladimer Putin “Şanxay Əməkdaşlıq Təşkilatı”nın Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

Rusiyanın Prezidenti, yeni güc və iqtisadi artım mərkəzlərinin qurulduğunu bildirib.

“Ədalətli dünya nizamını dəstəkləyən, öz qanuni hüquqlarını və ənənəvi dəyərlərini qətiyyətlə qorumağa hazır olan dövlətlərin dairəsi genişlənir” – Vladimer Putin qeyd edib.

Rusiyanın Prezidenti Ukrayna müharibəsindən də danışıb və Kiyev və onun qərbli sponsorlarının təklifi qəbul etməyə hazır olması halında, Moskvanın Ukrayna ilə bağlı təklifinin hərbi əməliyyatlara son verə biləcəyini deyib.

Həmçinin, Putin münaqişəyə son qoymaq üçün “Şanxay Əməkdaşlıq Təşkilatı”nın üzvlərinin təşəbbüslərini nəzərə almağa hazır olduğunu qeyd edib.

Rusiyanın Prezidenti, “Şanxay Əməkdaşlıq Təşkilatı”na üzv ölkələrin təhlükəsizliyinin təşkilatın işində prioritet olaraq qaldığını bildirib.

“Təşkilatın regional antiterror strukturunu təhlükəsizlik təhdidlərinin tam spektrinə cavab verəcək universal mərkəzə çevirmək üçün bu gün verilmiş qərarlar məhz buna yönəlib. Rusiya təşkilat çərçivəsində tərəfdaşlığa böyük əhəmiyyət verir. Məmnunluq hissi ilə qeyd edirik ki, bu qarşılıqlı fəaliyyət bərabərlik, bir-birinin maraqlarının nəzərə alınması prinsipləri, mədəni və sivilizasiya müxtəlifliyinə hörmət, aktual təhlükəsizlik məsələlərinin kollegial həlli yollarının axtarışı əsasında tədricən inkişaf edir”- deyə Vladimer Putin qeyd edib.