Vili Sanioli- Portuqaliya ilə oyun üçün hələ heç nə qərarlaşdırılmayıb, siz bütün bunları mənim çox uzaq olduğum siyasətlə əlaqələndirirsiniz, yalnız futbol faktlarına əsaslanaraq düzgün qərar vermək istəyirəm #1TVSPORT
Vili Sanioli- Portuqaliya ilə oyun üçün hələ heç nə qərarlaşdırılmayıb, siz bütün bunları mənim çox uzaq olduğum siyasətlə əlaqələndirirsiniz, yalnız futbol faktlarına əsaslanaraq düzgün qərar vermək istəyirəm #1TVSPORT

 
Portuqaliya ilə oyun üçün hələ heç nə qərarlaşdırılmayıb, siz bütün bunları mənim çox uzaq olduğum siyasətlə əlaqələndirirsiniz, yalnız futbol faktlarına əsaslanaraq düzgün qərar vermək istəyirəm – bu haqda Gürcüstan yığmasının baş məşqçisi Vili Sanioli açıqlayıb.

Sanioli, Budu Zivzivadzenin Türkiyəyə qarşı bir neçə dəqiqə oynadığını, Çexiyaya qarşı isə başqa futbolçunu meydana buraxmağa üstünlük verdiyini deyib.

“Yadımdadır, altı-yeddi ay əvvəl mən Mikautadzeni ehtiyat oyunçular skamyasında saxlayıb, Budunu əsas heyətdə başladanda çoxları məni tənqid edirdi. İndi isə bəzi axmaqlar futbol səbəbi olmadan gündəlik olaraq məni çox tənqid edirlər və mən daha dözə bilmirəm. Mən futbol məşqçisiyəm və bu hamıya aydındır. Kimin oynayacağına, kimin oynamayacağına mən qərar verirəm. Hamısı budur. Belə bir tona görə üzr istəyirəm, amma son bir neçə gündür buna görə çox pis əhvali-ruhiyyədəyəm”- Vili Sanioli bildirib.

Xatırladaq ki, Gürcüstan və Portuqaliya yığmaları arasında görüş iyunun 26-da Tbilisi vaxtı ilə saat 23:00-da başlayacaq.