Viktor Orbanın kortejini müşayiət edən polis Almaniyada qəzaya düşüb
Viktor Orbanın kortejini müşayiət edən polis Almaniyada qəzaya düşüb

 
Macarıstanın Baş naziri Viktor Orbanın kortejini müşayiət edən polis Almaniyada qəzaya düşüb. Məlumatı Almaniyanın “Bild” nəşri yayır.

Hadisə Almaniyanın Ştutqart şəhərində baş verib.

Macarıstanın Baş naziri hava limanına gedərkən onun kortejinin qarşısında gedən iki polis motosikleti ilə avtomobil toqquşub. Hadisə nəticəsində hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub, digərinin vəziyyəti isə ağırdır.

Orban Avropa çempionatı ilə əlaqədar Almaniyada idi.