Viktor Orban - Ukraynalılar rusları hərbi yolla məhv edəcəklərinə inanırlar, mən buna inanmıram, Rusiyanı tanıyıram, həll yolu danışıqlar masasındadır
Viktor Orban - Ukraynalılar rusları hərbi yolla məhv edəcəklərinə inanırlar, mən buna inanmıram, Rusiyanı tanıyıram, həll yolu danışıqlar masasındadır

 
Macarıstanın Baş naziri Viktor Orban, Ukraynada müharibəyə son qoymağın çıxış yolunun döyüş meydanında deyil, danışıqlar masasında olduğunu deyib.

Bu haqda Viktor Orban Böyük Britaniyada Avropa Siyasi Birliyinin Forumu başlamazdan əvvəl jurnalistlərə açıqlayıb.

“Onlar rusları hərbi yolla məhv edə biləcəklərinə inanırlar. Mən belə zənn etmirəm. Fikrimcə, bu münaqişə döyüş meydanında həll edilə bilməz. Onlar buna ümid edirlər, amma mən buna inanmıram, rusları, Avropa İttifaqını, ukraynalıları tanıyıram. Biz qonşu ölkəyik, mən bütün konteksti bilirəm. Döyüş meydanında çıxış yolu tapmaq imkansızdır. Çıxış yolu danışıqlar masasındadır”- Orban bildirib.

Bununla yanaşı, Macarıstanın Baş naziri Rusiya və Ukraynanı müharibəyə dəstək siyasətindən sülh siyasətinə keçməyə inandırmağın onun vəzifəsi olduğunu bildirib.