Viktor Orban - Ərdoğan Qara dəniz taxılı ilə bağlı Rusiya-Ukrayna razılaşmasına nail olan yeganə uğurlu dövlət xadimi idi
Viktor Orban - Ərdoğan Qara dəniz taxılı ilə bağlı Rusiya-Ukrayna razılaşmasına nail olan yeganə uğurlu dövlət xadimi idi

Macarıstanın Baş naziri Viktor Orban və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində görüşdülər.

Orbanın bildirdiyinə görə, o, Türkiyə liderindən Rusiya və Ukrayna arasında münaqişənin sülh yolu ilə həllinə dəstək istəyib.

“Mən Vaşinqtondayam. Biz burada sülhməramlı missiyamızı davam etdiririk. Rusiya-Ukrayna müharibəsi ərzindəTürkiyə sülhməramlı işdə əvəzolunmaz oyunçu olduğunu sübut etdi. Prezident Ərdoğan Qara dəniz taxılı ilə bağlı Rusiya-Ukrayna razılaşmasına nail olan yeganə uğurlu dövlət xadimi idi”, – Orban bildirdi.