"Vətəndaşlar" partiyası, "Girçi" və "Vətənpərvərlər alyansı" MSK-dan siyahılarının ləğv olunmasını tələb etməyiblər
"Vətəndaşlar" partiyası, "Girçi" və "Vətənpərvərlər alyansı" MSK-dan siyahılarının ləğv olunmasını tələb etməyiblər

Mərkəzi Seçki Komisiyasına parlament siyahılarının ləğv edilməsi ilə bağlı beş partiya müraciət etdi.

Bunlar: “Milli Hərəkat”, Avropa Gürcüstanı”, “Leyborist partiyası”, “Ağmaşenebeli strategiyası”, “Lelo” partiyasıdır.

Siyahıların ləğv olunması ilk sıralarda parlamentə düşə bilməyən şəxslərin siyahıdan çıxardılmasını nəzərdə tutur. Parlament mandatını alan şəxslər isə, bir həftə içində, parlamentə individual ərizələrini təqdim etməlidirlər.

Siyahıların ləğv olunması ilə bağlı ərizəyi MSK-ya “Vətəndaşlar”, “Girçi” və “Vətənpərləvlər alyansı” təqdim etməyiblər.

“Girçi” partiyasından bəyan edirlər ki, əgər danışıqlar müvəffəqiyyətsiz başa çatsa, onlar mandatlarından imtina edəcəklər.

“Vətənpərvərlər alyansının nümayəndəsi Qoça Tevdoradze bəyan edir ki, partiya siyahısının bütün üzvləri, saxtalaşdırılmış seçki nəticəsində yığılan parlamentin fəaliyyətində iştirak etməyəcəkləri ilə bağlı ərizələrini yazıblar.