Venesiyada avqust ayından turist qruplarına məhdudiyyətlər olacaq
Venesiyada avqust ayından turist qruplarına məhdudiyyətlər olacaq

Avqust ayından Venesiyada turist qrupları üçün məhdudiyyətlər olacaq. O cümlədən, 25 nəfərdən çox qrupların şəhərə girişi məhdudlaşdırılacaq. Yerli hakimiyyət orqanları bələdçilər üçün səsgücləndiricilərdən istifadə etməyi də qadağan edir.

Bu tədbirlər yerli sakinlərin dincliyini qorumaq və piyadaların sərbəst hərəkətini təmin etmək məqsədi daşıyır.

Yeni qaydaların pozulmasına görə 25 avrodan 500 avroya qədər cərimə nəzərdə tutulur. İlkin olaraq qeyd olunan tədbirlərin iyun ayından həyata keçirilməsi nəzərdə tutulsa da, qüvvəyə minməsi avqust ayına qədər təxirə salınıb.

Məhdudiyyətlər Venesiyanın mərkəzinə, həmçinin Murano, Burano və Torçello adalarına şamil ediləcək.

İstisna turist qruplarına tətbiq edilən məhdudiyyətlərə şamil ediləcək. Xüsusən də qrup üzvlərinin sayı hesablanarkən iki yaşınadək uşaqlar hesaba alınmayacaq. Həmçinin, məhdudiyyət tələbələr və ya təhsil turuna gələn şəxslər üçün götürülür.

Aprel ayında Venesiya dünyada ziyarətçilər üçün vergi sistemi tətbiq edən ilk şəhər oldu. Bu, 29 gün davam edən pilot layihə idi. Hazırda layihənin necə davam etdiriləcəyi ilə bağlı məsləhətləşmələr aparılır.