Vatikan bildirib ki, Paris Olimpiadasının açılış mərasimindəki bəzi səhnələr onları kədərləndirib
Vatikan bildirib ki, Paris Olimpiadasının açılış mərasimindəki bəzi səhnələr onları kədərləndirib

Vatikan Paris Olimpiadasının açılış mərasimindəki bəzi səhnələrə görə kədərləndiyini bildirib. Vatikanın fransız dilində yaydığı rəsmi bəyanatda qeyd edildiyi kimi, Müqəddəs Taxt-Tac “son günlərdə bir çox xristianların və digər dinlərin nümayəndələrinin sui-istifadəsini pisləmək üçün səsini ucaldanlara qoşulur”.

“Bütün dünyanın ümumi dəyərlər ətrafında birləşdiyi mötəbər tədbirdə bir çox insanların dini inanclarını ələ salan istinadlar olmamalıdır. Açıqca söz mövzusu olmayan ifadə azadlığı digər insanlara hörmətlə bağlı öz həddini tapır. – Vatikanın dərc etdiyi bəyanatda deyilir.

Məlumat üçün bildirək ki, Vatikanın açıqlaması Olimpiadanın açılış mərasiminin drag-rəssamların iştirak etdiyi, çoxlarının Leonardo da Vinçinin “Son Şam yeməyi” tablosu ilə müqayisə etdiyi tamaşa ilə bağlıdır. Tamaşa müxtəlif xristian qrupları tərəfindən sərt tənqidlərlə qarşılanıb. Tamaşa Macarıstanın baş naziri Viktor Orban və ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən də tənqid edilib.

Olimpiadanın açılış mərasiminin direktoru izah edib ki, çoxlarının “Son şam yeməyi” ilə müqayisə etdiyi tamaşa Leonardo da Vinçinin tablosundan ilhamlanmayıb və “Olimp tanrıları və bütpərəstlik bayramı” ilə bağlıdır.