"Vano Merabişvilinin işi siyasətçilər tərəfindən dəyərləndirilməli deyil" 
"Vano Merabişvilinin işi siyasətçilər tərəfindən dəyərləndirilməli deyil" 

Gürcüstanın Xarici İşlər Naziri Mixeil Canelidze hesab edir ki, Gürcüstanın sabiq baş naziri Vano Merabişvilinin işi siyasətçilər tərəfindən dəyərləndirilməli deyil.

“Vano Merabişvilinin işi siyasətçilər tərəfindən dəyərləndirmə gərəkdirən bir məsələ deyil”, – dedi Canelidze jurnalistlərin suallarına cavab olaraq. Jurnalistlərin sualları isə, Avropa Xalq partiyasının lideri Jozep Dolinin bəyanatı ilə bağlı idi, hansı ki, İnsan Hüquqlarının Avropa Məhkəməsinin qərarından sonra, Vano Merabişvilinin dərhal azad edilməsindən bəhs edirdi.

“Bu siyasətçilərin müzakirə etməsini gərəkdirən bir mövzu deyil. Məhkəmə tərəfindən bir qərar verildi və bununla bağlı Ədliyyə Nazirliyində müvafiq bəyanatlar da verildi”,- dedi Mixeil Canelidze.