"Valencia" - Parlaq turnir keçirərək ölkəsinin tarixini yazan qapıçımızı təbrik etmək istəyirik
"Valencia" - Parlaq turnir keçirərək ölkəsinin tarixini yazan qapıçımızı təbrik etmək istəyirik

 
“Valencia” ispan futbol klubu İspaniya yığmasını 1/4 finala yüksəlməsi münasibətilə təbrik edir və bununla yanaşı, Qiorqi Mamardaşvilinin xüsusi oyunundan danışır.

“Qiorqi Mamardaşvilinin Avro-2024-dəki çıxışı başa çatır. Parlaq turnir keçirərək ölkəsinin tarixini yazan qapıçımızı təbrik etmək istəyirik” – deyə ispan klubunun sosial şəbəkədəki səhifəsində qeyd olunub.

Avropa çempionatının 1/8 finalında Gürcüstanın yığması İspaniya ilə qarşılaşdı və Avro-2024-ü layiqli mübarizə ilə başa vurdu. İlk qol ispanların qapısından keçdi, lakin yekun olaraq Gürcüstan 1:4 hesabı ilə məğlub oldu.