Vaksinasiya prosesinə aprelin 5-dən polis və hərbi xidmətçilər də qoşulacaqlar
Vaksinasiya prosesinə aprelin 5-dən polis və hərbi xidmətçilər də qoşulacaqlar

Aprelin 5-dən vaksinasiya prosesinə hüquqmühafizəçilər və hərbi xidmətçilər də qoşulacaqlar, – bu barədə bəyanatı Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradze vaksinasiya şurasının iclası başa çatandan sonra verdi.

“Bu məsələ ilə bağlı şüua müzakirələr apardı və qərar verildi ki, Aprelin 5-dən vaksinasiya prosesinə hüquqmühafizəçilər və hərbi xidmətçilər də qoşulacaqlar. Onlar öz dozalarını almaq üçün növbəyə yazılacaqlar, çünki vaksina dozaları azalır və hərkəsə yetməyə bilər”, – dedi Ekaterine Tikaradze.