Vaksinasiya prosesinə 55 yaş üstü vətəndaşlar da qoşula biləcəklər
Vaksinasiya prosesinə 55 yaş üstü vətəndaşlar da qoşula biləcəklər

Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradzenin bəyanatına görə, vaksinasiya şurasının qərarı ilə, vaksinasiya prosesinə 55 yaş üstü olan vətəndaşlar da qoşula biləcəklər.

Nazirin dediyinə görə, qeyd olunan yaş qrupunda vaksinasiyaya tələbat böyükdür.

“Biz Vaksinasiya prosesinin idarə edilməsi cədvəlinə müvafiq şəkildə hərəkət edəcəyik. 55-65 yaş arası vətəndaşlar tərəfindən vaksinasiyaya marağın böyük olduğu üçün bu prosesə onlar da qoşulacaqlar”, – dedi Ekaterine Tikaradze.