"Uşaq Dünyası" ticarət mərkəzində baş verən yanğın zamanı zərər görən ticarətçilər, prokurorluğun yanında etiraz aksiyası keçirirlər 
"Uşaq Dünyası" ticarət mərkəzində baş verən yanğın zamanı zərər görən ticarətçilər, prokurorluğun yanında etiraz aksiyası keçirirlər 

“Uşaq Dünyası” ticarət mərkəzində baş verən yanğın zamanı zərər görən ticarətçilər prokurorluğun yanında etiraz aksiyası keçirirlər.

Aksiya iştirakçıları baş prokuror İrakli Şotadze ilə görüşməyi və onlara vurulan zərərin kompensasiyasını tələb edirlər.

Zərər görən ticarətçilər bəyan edirlər ki, bir neçə gün bundan əvvəl, hökümət ekspertləri aşkarladılar ki, ticarət mərkəzindəki yanğın süni olaraq, naməlum bir şəxs tərəfindən çıxardılıb və indi onlar bu işdə marağı olan suçluların cəzalandırılmasını tələb edirlər.

Aksiya iştirakçılarının dediyinə görə, bir neçə gün bundan öncə, zərər görən ticarətçilərdən biri, ödəyə bilmədiyi borclara görə, özünü öldürüb.