Tbilisi Dəniz Turbazasının yanında, qaçqınların yaşadığı ərazidə yerləşən “İmedi” uşaq baxçasında beş uşağın sağlamlığı pisləşdi.
Uşaq baxçalarının idarəsi agentliyindən Birinci kanala verilən məlumata görə, uşaqlarda ürək bulantısı müşahidə olunurdu. Onlardan üçü xəstəxanaya aparıldı, ikisini isə, valideynləri evə apardılar.
Agentliyin məlumatına görə, baş verən hadisənin səbəbi hələlik bəlli deyil. Ehtimala görə, bu virus infeksiyası və yaxud qida zəhərlənməsi ola bilər.
Uşaq baxçasında verilən qidanın tərkibi isə, hazırda laboratoriyada yoxlanılır.
Agentlikdə bəyan edirlər ki, uşaq baxçalarının idarə agentliyinin rəhbəri Kaxa Qvantseladze hazırda hadisə yerindədir.