Ursula fon der Laienin Avropa Komissiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi üçün Avropa Parlamentində səsvermə iyulun 18-də keçiriləcək
Ursula fon der Laienin Avropa Komissiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi üçün Avropa Parlamentində səsvermə iyulun 18-də keçiriləcək

 
Ursula fon der Laienin Avropa Komissiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi üçün Avropa Parlamentində səsvermə iyulun 18-də keçiriləcək.

Avropalı parlamentarilər Ursula fon der Laienin ikinci müddətə Avropa İttifaqının icraçı orqanının rəhbəri təyin edilib-edilməyəcəyinə qərar verəcəklər.

Vəzifəyə təsdiqlənməsi üçün 720 yerlik Avropa Parlamentində ən azı 361 deputatın səsi lazımdır.

Avropa Parlamentinin gələn həftəyə olan gündəminə əsasən, Ursula fon der Laien səhər saat doqquzda Strasburqda bəyanat verəcək, bundan sonra da debatlar başlayacaq.

Səsvermə saat 13:00-da keçiriləcək, nəticələr isə təxminən saat 14:45 elan olunacaq.

Ursula fon der Laien 361 səs toplaya bilməsə, Avropa İttifaqının liderləri başqa namizəd təqdim etməlidirlər.