Ursula fon der Laien - Avropa vətəndaşlarını qorumaq üçün lazım olan hər şeyi etmək öhdəliyimiz var, inanıram ki, indi əsl Avropa Müdafiə İttifaqını qurmağın vaxtıdır
Ursula fon der Laien - Avropa vətəndaşlarını qorumaq üçün lazım olan hər şeyi etmək öhdəliyimiz var, inanıram ki, indi əsl Avropa Müdafiə İttifaqını qurmağın vaxtıdır

 
Avropa Komissiyasının prezidenti Ursula fon der Laien hesab edir ki, Avropa İttifaqı təhlükəsizlik və müdafiə sahəsinə daha çox sərmayə qoymalıdır.

Müvafiq bəyanatı Ursula fon der Laien Strasburqda keçirilən plenar iclasda verib.

“Avropa vətəndaşlarını qorumaq üçün lazım olan hər şeyi etmək öhdəliyimiz var. Avropanı qorumaq Avropanın borcudur. Buna görə də inanıram ki, indi əsl Avropa Müdafiə İttifaqını qurmağın vaxtıdır.

Gəlin daha çox aydınlıq gətirək – üzv dövlətlər öz milli təhlükəsizliklərinə, hərbçilərinə cavabdeh olacaqlar və NATO kollektiv müdafiəmizin sütunu olaraq qalacaq, lakin müdafiə xərclərimizin çox aşağı və səmərəsiz olduğunu biz hamımız yaxşı bilirik” -Ursula fon der Laien qeyd edib.