Ursula fon der Laien Avropa İttifaqına üzv ölkələrin liderlərinə Avropa komissarları vəzifələrinə öz ölkələrinin namizədliklərini təqdim etmələri üçün rəsmi məktubla müraciət edib
Ursula fon der Laien Avropa İttifaqına üzv ölkələrin liderlərinə Avropa komissarları vəzifələrinə öz ölkələrinin namizədliklərini təqdim etmələri üçün rəsmi məktubla müraciət edib

 

Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien Avropa İttifaqına üzv ölkələrin liderlərinə Avropa komissarları vəzifələrinə öz ölkələrinin namizədliklərini təqdim etmələri üçün rəsmi məktubla müraciət edib.

“Politico”nun yazdığı kimi, Avropa İttifaqına üzv ölkələrin liderlərinin avqustun sonuna qədər Ursula fon der Laienin artıq müsahibələr aparacağı potensial Avropa komissarlarını seçmək üçün vaxtı var.

Hər ölkənin bir komissarı var. Almaniyadan olan bu namizəd Ursula fon der Laienin özüdür, Estoniyanın keçmiş baş naziri Kaia Kalas isə Avropa Komissiyasının vitse-prezidenti olacaq.

Avropa komissarlarının yeni tərkibinin komplektləşdirilməsindən sonra onlar səsvermədən əvvəl namizədlərin dinlənilməsinin keçiriləcəyi Avropa Parlamenti tərəfindən rəsmən təsdiqlənməlidirlər.