UNESCO Tbilisini 2021-ci ilin dünya kitab paytaxtı olaraq adlandırdı
UNESCO Tbilisini 2021-ci ilin dünya kitab paytaxtı olaraq adlandırdı

UNESCO-nun baş direktoru, Odri Azulay Tbilisini 2021-ci ilin dünya kitab paytaxtı olaraq adlandırdı. Müvafiq qərarı o, dünya kitab paytaxtı məsləhətçilər komitəsinin zəmanəti əsasında qəbul etdi. Komitə iclası İsveçrədə 2019-cu ilin iyun ayında keçirildi. Proqramın şüarı – “Və sənin növbəti kitabındır…?”.

Proqram gənclərdə oxumağın populyarlaşdırılması üçün müasir texnologiyaların isitfadəsinə yönəldilibdir. UNESCO-nun rəsmi vebsəhifəsində qeyd olunduğu kimi, proqram bir neçə önəmli geniş miqyaslı fəallığı əhatə edir.

Proqramın əsas məqsədi oxumağın populyarlaşdırılması və bütün sosial təbəqə üçün kitabın əlyetərliliyin təmin edilməsidir.

2021-ci ildə, dünya kitab paytaxtı çərçivəsində tədbirlər 23 apreldə başlayacaq.