"Ukraynanı xilas edək"- ikinci beynəlxalq xeyriyyə telemarafonu bazar günü, saat 22:00-da "Birinci Kanal- Teleməktəb"in efirində

 

Ukraynaya həmrəyliyin ikinci beynəlxalq xeyriyyə telemarafonu “Ukraynanı xilas edək” mayın 29-da, Tbilisi vaxtı ilə saat 22:00-da “Gürcüstanın Birinci Kanalı – Teleməktəb”in efirində yayımlanacaq.

United24 Global-ın təşəbbüsü ilə keçirilən telemarafon Berlin və Kiyevdə eyni vaxtda keçirilir və “Gürcüstanın Birinci Kanalı – Teleməktəb” də daxil olmaqla Avropanın 20-dən çox ölkəsinin yayımçıları vasitəsilə canlı yayımlanacaq. Canlı yayım həm YouTube kanallarında, həm də sosial mediada bütün dünya miqyasında internet platformalarda da əlçatan olacaq.

“Ukraynanı xilas edək” telemarafonu vasitəsilə toplanan maddi resurslar Ukraynada müharibədən zərər çəkmiş insanların ehtiyaclarına, konkret olaraq Ukraynanın 12 bölgəsinin : Xarkov, Dnepropetrovsk, Zaporojye, Poltava, Odesa, Kiyev, Çerniqov, Sumi, Mikolayev, Çerkas, Kirovoqradın xəstəxanaları üçün tibbi avadanlıqların, o cümlədən rentgen aparatlarının satın alınmasına xərclənəcək.

Rəmzi olaraq Kiyev günündə keçiriləcək marafon Rusiya Federasiyasına qarşı üç ay qorxmaz mübarizə aparan igid ukraynalıların dözümlülüyünə həsr olunub.

Həmrəylik Marafonunda məşhur musiqiçilər və qruplar: Kadebostany, Okean Elzy, Tina Karol, The Hardkiss, MONATIK, Beissoul & Einius, alyona alyona, Melovin, 2022 -ci ilin Avroviziya Mahnı Müsabiqəsinin qalibi Kalush Orchestra və başqaları iştirak edir.

Ekranda göstərilən üsulla, həmçinin onlayn platforma : u24.gov.ua vasitəsilə pul köçürmək mümkün olacaq.

Xatırlatmaq istərdik ki, “Ukraynanı xilas edək” adlı ilk marafon martın 27-də keçirilib və İctimai Yayımçının Birinci Kanalının efiri ilə yayımlanıb.

Həmçinin Gürcüstanın Birinci Kanalı Qırmızı Xaç Cəmiyyəti ilə birlikdə Ukrayna xalqına dəstək və Ukrayna İctimai Yayımçısına həmrəylik əlaməti olaraq martın 1-də “Biz Ukrayna üçün” xeyriyyə marafonu keçirdi. Xeyriyyə marafonu Avropa Yayım İttifaqına üzv yayımçıların təşəbbüsü idi və Polşadan start almışdı.