Ukraynanın Radası hərbi vəziyyət və ümumi səfərbərliyi 90 gün uzadıb
Ukraynanın Radası hərbi vəziyyət və ümumi səfərbərliyi 90 gün uzadıb

 
Ukraynanın Ali Radası ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 gün uzadılmasını dəstəkləyib. Bu haqda məlumatı Radanın deputatı Yaroslav Jeleznyak yayır.

Parlamentin 339 üzvü qərarı dəstəkləyib.

Müvafiq fərmanı parlamentə prezident təqdim edib.

Beləcə, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik noyabrın 9-dək uzadılıb.