Ukraynanın Hava Qüvvələrinin komandanı, rus hərbçilərin Ukraynaya dronlarla hücum etdiyini, onlardan üçünün Rumıniya sərhədini keçdiyini bildirir
Ukraynanın Hava Qüvvələrinin komandanı, rus hərbçilərin Ukraynaya dronlarla hücum etdiyini, onlardan üçünün Rumıniya sərhədini keçdiyini bildirir

 

Rus hərbçilər gecə 38 pilotsuz uçuş aparatı ilə Ukraynaya hücum ediblər, Ukraynanın müdafiə qüvvələri 25-ni vura bilib, üç “Shahed” isə Rumıniya sərhədini keçib.

Rusiya Odessa bölgəsinin cənub və mərkəzi hissəsində yerləşən infrastruktur obyektlərinə hücum edib.

Ukraynanın Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşçukun bəyanatında qeyd olunub ki, hücum zamanı Rusiyaya məxsus 3 dron Ukraynanın hava məkanını tərk edib və Rumıniyanın dövlət sərhədini keçdikdən sonra onların izi itir.

Bununla yanaşı, Rumıniya mediasında ölkə ərazisində dronların partlaması və ya vurulması ilə bağlı hələlik heç bir məlumat yayılmayıb.