Ukraynanın ədliyyə naziri - Bir qətlə görə məhkum olunanlar üçün də səfərbərlik hüququ olmalıdır, məhbuslar müharibəyə kəpənək tutmaq üçün getmirlər, öldürməyə gedirlər
Ukraynanın ədliyyə naziri - Bir qətlə görə məhkum olunanlar üçün də səfərbərlik hüququ olmalıdır, məhbuslar müharibəyə kəpənək tutmaq üçün getmirlər, öldürməyə gedirlər

 
Ukraynanın ədliyyə naziri Denis Maliuska, mayın 28-nə olan vəziyyətə görə, artıq 613 nəfərin həbsxanaları tərk edərək silahlı qüvvələrə qoşulduğunu bildirib.

O, bu insanlar üçün bir neçə aylıq təlimlərin nəzərdə tutulduğunu, bundan sonra da onların hücum bölmələrində xidmət edəcəklərini deyib.

“Hazırda bu hücum bölmələri olacaq, bu, ekskluziv olaraq cəzasını çəkmiş insanlardan ibarət bölmələr olacaq”- Maliuska qeyd edib.

Ukraynanın ədliyyə naziri, bunun, bu insanlar üçün ən yaxşı variant olduğuna əmin deyil, lakin məsələlərdə hərbçilərə arxalanır, çünki “onlar daha yaxşı bilirlər”.

“Bu bölmələrin döyüş əməliyyatlarında iştirak mərhələsinə hələlik gedib çatmamışıq, hazırlıq gedir. Ola bilsin ki, gələcəkdə vəziyyət dəyişsin, ancaq hələlik bunlar ayrı hissələrdir. Hazırda bu hücum bölmələridir” – Maliuska deyib.

Maliuska, bir qətlə görə məhkum olunanlar üçün də səfərbərlik hüququnun olmasını dəstəkləyir.

“Bir qətlə görə məhkum olunanlar üçün də səfərbərlik hüququ olmalıdır, məhbuslar müharibəyə kəpənək tutmaq üçün getmirlər, öldürməyə gedirlər. Keçmişdə qətl törətmə təcrübəsi isə hər zaman döyüş üçün əngəl təşkil etmir. Xüsusi qəddarlıqla törədilməyən və ya iki və ya daha çox insanın qətli olmayan adam öldürülməsindən danışırıqsa, çox vaxt belə cinayəti törədən şəxs cəmiyyət üçün soyuq silahdan istifadə edərək 3-4 soyğunçuluq edən şəxsdən daha təhlükəli deyil. Bəzən insan öz hərəkətlərinə nəzarəti itirir və müəyyən emosional fonda etməməli olduğu şeyi edir. Lakin cəzanın çəkilməsinə başlayandan sonra onun psixoloji vəziyyəti və özünə nəzarəti xeyli dəyişir, təkrar cinayət törədən, soyuq silahdan istifadə edərək pul tələb etməyi peşəyə çevirənlərdən fərqli olaraq onun tərəfindən sosial təhlükə xeyli azalır”- deyə Ukraynanın ədliyyə naziri izah edib.

Xatırladaq ki, mayın 22-də Xmelnitski Şəhər Məhkəməsi silahlı qüvvələrin tərkibində müharibədə iştirak etmək üçün səfərbər olmaq arzusunu ifadə etmiş 50 məhbusun vaxtından əvvəl azadlığa buraxılması tələbini təmin edib.