Ukraynalı hərbçilər işğal altındakı Krımda Rusiyanın iki katerini məhv ediblər
Ukraynalı hərbçilər işğal altındakı Krımda Rusiyanın iki katerini məhv ediblər

 
Ukraynalı hərbçilər işğal altındakı Krımda Rusiyanın iki katerini məhv ediblər.

Ukrayna mediasının yaydığı məlumata əsasən, Ukraynanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi nəqliyyat- desant katerlərinin mayın 30-da gecə məhv edildiyini təsdiqləyir. Rusiyanın üzən vasitələrinə qarşı dəniz zərbə pilotsuz uçuş aparatlarından istifadə edilib.

Ukrayna kəşfiyyatında uğurlu xüsusi əməliyyatın “United 24” qlobal platformasının dəstəyi ilə mümkün olduğunu bildiriblər. Katerləri Evpatoria rayonunun Çernomorskoe kəndi yaxınlığında məhv ediblər.