Ukrayna və Portuqaliya ikitərəfli təhlükəsizlik sazişi imzalayıblar
Ukrayna və Portuqaliya ikitərəfli təhlükəsizlik sazişi imzalayıblar

 
Ukrayna və Portuqaliya ikitərəfli təhlükəsizlik sazişi imzalayıblar. Sözügedən saziş Ukraynanın Prezidenti Volodimir Zelenski ilə Portuqaliyanın Baş naziri Luis Monteneqro arasında Lissabonda imzalanıb.

Sazişə əsasən, Portuqaliya bu il Ukraynaya ən azı 126 milyon avro dəyərində hərbi yardım göstərəcək.

“NATO-ya üzvlük yolunda ölkəmizə dəstək vermək üçün Ukrayna və Portuqaliya birgə səylərini əlaqələndirəcək və davam etdirəcəklər” -bu haqda Ukraynanın Prezidentinin Ofisinin yaydığı bəyanatda qeyd olunub.

Portuqaliya Birləşmiş Krallıq, Almaniya, Fransa, Danimarka, Kanada, İtaliya, Niderland, Finlandiya, Latviya, İspaniya və Belçikadan sonra Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayan 12-ci ölkə oldu.