Ukrayna və Polşa təhlükəsizlik sazişi imzalayıb
Ukrayna və Polşa təhlükəsizlik sazişi imzalayıb

Ukrayna və Polşa təhlükəsizlik sazişi imzalayıb. Qeyd olunan müqaviləni Ukrayna prezidenti Volodimir Zelenski Varşavaya səfəri zamanı imzalayıb.

Zelenski Polşa prezidenti Ancey Duda və Baş nazir Donald Tusk ilə görüşlər keçirib.

Volodimir Zelenski Donald Tusk ilə birgə keçirdiyi mətbuat konfransında rus tərəfinin Kiyevdəki uşaq xəstəxanasına hücumu barədə danışıb və Ukraynanın buna cavab reaksiya verəcəyini qeyd edib.

Bununla yanaşı, Ukrayna prezidenti Macarıstanın Baş naziri Viktor Orbanın Rusiya və Ukrayna arasında vasitəçilik təşəbbüsünü rədd edib.