Ukrayna və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib
Ukrayna və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər Avropa və Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Kuleba həmkarına Ermənistanın İsveçrədə keçirilən sülh sammitində iştirakına görə təşəkkür edib, Kiyevin “sülh formulu”nu və davamlı sülhə nail olmaq yolunu təqdim edib.

Nazirlər ikitərəfli əlaqələri də müzakirə ediblər