Ukrayna Silahlı Qüvvələrində ukraynalı döyüşçülərin Baxmut istiqamətində 1,2 kilometr irəlilədiyini bildirlər
Baxmut istiqamətində ukraynalı döyüşçülər 1,2 kilometr irəliləyiblər, – bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupunun nümayəndəsi Serqey Çerevati bildirib.
“Gələn bölmələrin hələ ərazini tam bilməməsindən, müvafiq kəşfiyyat işləri aparmamasından istifadə etdik. Bir neçə gündür ki, hücum əməliyyatları keçiririk. Əvvəlki günlərdə bəzi ərazilərdə 1200 metrə qədər irəlilədik. Bütün bunları aylardır davam edən müdafiə əməliyyatı çərçivəsində edirik”, – Çerevati bildirib.
Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsinin sözlərinə görə, son günlər Baxmut istiqamətində 15 atışma və beş hava hücumu həyata keçirilib. Eyni zamanda 120 rus əsgəri öldürülüb, 163-ü yaralanıb, 11-i əsir götürülüb.