Ukrayna Moldova ilə hərbi xidmətdən yayınmaq məqsədilə ölkəni tərk etmiş vətəndaşların geri qaytarılması məsələsini müzakirə edir
Ukrayna Moldova ilə hərbi xidmətdən yayınmaq məqsədilə ölkəni tərk etmiş vətəndaşların geri qaytarılması məsələsini müzakirə edir

 
Kiyev Kişinyovla hərbi xidmətdən yayınmaq məqsədilə Ukraynanı qanunsuz olaraq tərk etmiş və Moldovada qalan Ukrayna vətəndaşlarının geri qaytarılması məsələsini müzakirə edir.

Bu barədə Ukraynanın Moldovadakı səfiri Marko Şevçenko bildirib.

Şevçenko, Kiyevin Kişinyovla çağırış yaşında olan ukraynalıların Moldovadan geri qaytarılması üçün müəyyən dialoq apardığını deyir.

Səfir bildirib ki, Ukraynadan qaçan şəxslərin müəyyən hissəsi Moldovada sığınacaq alıb, bir hissəsinin yeri isə qeyri-müəyyəndir, onlar ya Moldova ərazisində qalırlar, ya da başqa ölkələrə keçiblər.

O, belə şəxslərin dəqiq sayının bilinmədiyini deyib.