Ukrayna mətbuatının məlumatına görə, Rusiya qüvvələri Donetsk vilayətinin Veseloe kəndini işğal edib
Ukrayna mətbuatının məlumatına görə, Rusiya qüvvələri Donetsk vilayətinin Veseloe kəndini işğal edib

Rusiya qüvvələri Donetsk vilayətinin Veseloe kəndini işğal edib. Bu barədə Ukraynanın Deep Stat portalı məlumat yayıb.

Bundan əlavə, geniş yayılmış məlumatlara görə, işğalçı qüvvələr Doentsk rayonunun Lisiçnoe, İvanovka, Sergeevka və Jelanoe yaşayış məntəqələri yaxınlığında irəliləyiş əldə ediblər.

Ukrayna Baş Qərargahının məlumatına görə, ötən gün və gecə ərzində Rusiya qüvvələri 11 istiqamətdə, xüsusilə Donetsk vilayətində, Pokrovski istiqamətində hücuma keçib. Ukrayna tərəfinin məlumatına görə, ötən gün və gecə ərzində cəbhədə 127 döyüş atışması baş verib.