Ukrayna mediası - Rus hərbçilər Donetsk vilayətində bir neçə şəhəri bombalayıblar, itkilər var
Ukrayna mediası - Rus hərbçilər Donetsk vilayətində bir neçə şəhəri bombalayıblar, itkilər var

 
Ukrayna mediası, rus hərbçilərin Donetsk vilayətinə hücum həyata keçirdiyini xəbər verir. Toretsk də daxil olmaqla bir neçə şəhər bombalanıb.

Medianın yaydığı məlumatda, nəticədə bir nəfərin həlak olduğu, iki nəfərin yaralandığı deyilir. Yaralılar yerli xəstəxanaya çatdırılıblar.

Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələri, son 24 saat ərzində cəbhədə 122 toqquşmanın baş verdiyini xəbər verir. Hücumlar əsasən Xarkov, Kupyansk və Liman istiqamətində həyata keçirilib.