Ukrayna mediası, Krivoy Roq şəhərinə Rusiyanın raket hücumu nəticəsində 10 nəfərin həyatını itirməsi, 31 nəfərin isə yaralanması haqda məlumat verir
Ukrayna mediası, Krivoy Roq şəhərinə Rusiyanın raket hücumu nəticəsində 10 nəfərin həyatını itirməsi, 31 nəfərin isə yaralanması haqda məlumat verir

 
Ukraynanın Krivoy Roq şəhərinə Rusiyanın raket hücumu nəticəsində 10 nəfər həyatını itirib, 31 nəfər isə yaralanıb. Ukrayna mediası, yaralılardan 10-nun vəziyyətinin ağır olduğunu xəbər verir.

“Sənaye müəssisəsinin inzibati binasına endirilmiş bir zərbə də daxil olmaqla bir neçə zərbə. Hücumun nəticələrinin aradan qaldırılması işləri davam edir”-deyə Krivoy Roq Müdafiə Şurasının sədri Aleksandre Vilkul bildirib.

Ukraynanın Prezidenti Volodimir Zelenski, Rusiyanın eləcə də Dnepropetrovsk, Slavyansk və Kramatorska raket zərbəsi endirdiyini bəyan edib. Ümumilikdə, Rusiyanın hücumu nəticəsində bu gün Ukraynada azı 20 nəfər həlak olub.