Ukrayna İspaniya, Danimarka və Niderlanddan silah alacaq
Ukrayna İspaniya, Danimarka və Niderlanddan silah alacaq

 
Ukrayna İspaniya, Danimarka və Niderlanddan silah alacaq.

Ukrayna mediasının məlumatına əsasən, İspaniya sentyabra kimi yerləşdiriləcək və hava hücumundan müdafiə potensialını gücləndirəcək “HAWK” zenit-raket kompleksini Ukraynaya verməyi planlaşdırır.

İspaniyanın müdafiə naziri Marqarita Robles ukraynalı həmkarı Rustem Umerovu hərbi texnikanın gələcək tədarükü ilə bağlı ətraflı məlumatlandırıb.

Danimarka və Niderlandın yay ərzində Ukraynaya 14 ədəd “Leopard 2A4” tankı göndərəcəyi məlum olub. Hərbi texnika son aylarda yenilənmə və yoxlama mərhələsindən keçirdi. Qeyd edildiyi kimi, bu tanklar alman müdafiə şirkəti “Rheinmetall” tərəfindən təmir edilib.