Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Rusiyanın atdığı 29 “Şahed” PUA-dan 24-nün vurulduğunu açıqlayıb
Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Rusiyanın atdığı 29 “Şahed” PUA-dan 24-nün vurulduğunu açıqlayıb

Ukraynanın hava hücumundan müdafiəsi Rusiya tərəfinin atdığı 29 “Şahed” PUA-dan 24-nü vurub. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk məlumat verib.

Onun öz məlumatına görə, hücum Kiyev, Xerson, Odessa, Nikolayev, Poltava, Sumi, Dnepropetrovsk, Vinnitsa və Jitomir istiqamətində həyata keçirilib.

Bundan əlavə, Ukrayna mətbuatı yazır ki, Rusiya hərbçiləri Ukrayna istiqamətində “ES-300” zenit-raket kompleksləri və X-31P radar raketləri atıb.