Ukrayna Hərbi Hava Qüvvələri Rusiya ordusunun buraxdığı 22 pilotsuz təyyarədən 20-ni vura bilib
Ukrayna Hərbi Hava Qüvvələri Rusiya ordusunun buraxdığı 22 pilotsuz təyyarədən 20-ni vura bilib

Ukrayna hərbçiləri gecə saatlarında Rusiya hərbçilərinin atdığı pilotsuz uçuş aparatlarını və raketi dəf edib.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya hərbçiləri tərəfindən buraxılan 22 “Şahed” pilotsuz təyyarəsindən 20-si Xerson, Sumı, Jitomir və Çerniqov vilayətləri üzərində vurulub.

Bundan əlavə, Rusiya hərbçilərinin “İskəndər-M” tipli raketdən də istifadə etdiyi qeyd edilir.

Ukrayna mətbuatının məlumatına görə, hücum nəticəsində Jitomir və Çerniqov vilayətlərində elektrik qurğuları zədələnib, buna görə bir neçə abonentə elektrik enerjisi verilməyib. Bərpa işləri hələ də davam edir.