"Tütün nəzarəti alyansının" üzvləri, restoran şəbəkələrinin sahiblərinə, "tütün nəzarəti haqqında" yeni qanunla bağlı məlumat verdilər
"Tütün nəzarəti alyansının" üzvləri, restoran şəbəkələrinin sahiblərinə, "tütün nəzarəti haqqında" yeni qanunla bağlı məlumat verdilər

“Tütün nəzarəti alyansının”üzvləri restoran şəbəkələrinin sahibləri ilə görüşdülər.

Görüşün məqsədi, restoran sahiblərinə “Tütün nəzarəti” adlı yeni qanun haqqında ətraflı məlumatın verilməsi idi.

Alyansın rəhbərləri kafe-restoran sahiblərinə, ictimai sanksiyalar və həmçinin, kafe-restoran sahiblərinin hüquqları haqqında məlumat verdilər. Görüş disskussiya formatında keçirildi və onda, müştərinin qanuna riayət etmədiyi təqdirdə, restoran sahibinin necə reaksiya verəcəyi məsələləri müzakirə edildi.

Xatırladaq ki, “tütün nəzarəti haqqında” yeni qanuna əsasən, qapalı binalarda, kafe-restoranlarda və mehmanxanalarda siqaret çəkmək 2018-ci ilin mayın birindən qadağan ediləcək.