Türkiyənin Xarici İşlər Nazirliyi - Soyqırım təşkil edən Netanyahunun Hitlerə oxşar sonu olacaq
Türkiyənin Xarici İşlər Nazirliyi - Soyqırım təşkil edən Netanyahunun Hitlerə oxşar sonu olacaq

 
Soyqırım təşkil edən Hitlerin sonu necə oldusa, soyqırım təşkil edən Netanyahunun da sonu eyni olacaq – bu haqda Türkiyənin Xarici İşlər Nazirliyində bildiriblər.

“Soyqırımı törədən nasistlər necə cavab verdilərsə, Fələstini məhv etməyə çalışanlar da eyni şəkildə cavab verəcəklər” – Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Türkiyənin xarici işlər naziri isə sosial şəbəkədə Ərdoğanın bəşəriyyətin vicdanının səsinə çevrildiyini yazıb.

“Bu haqq səsi boğmaq istəyən beynəlxalq sionist dairələr, xüsusilə də İsrail böyük təşviş içindədir. Soyqırım və onların tərəfdarları üçün tarix hər zaman eyni şəkildə bitir” – Hakan Fidan yazır.

Türkiyədə bu bəyanatlar İsrailin xarici işlər nazirinin Rəcəb Tayyib Ərdoğanı Səddam Hüseynlə müqayisə etməsindən sonra verilib.