Türkiyə və Avropa İttifaqı ticarət maneələrinin aradan qaldırılması və viza prosedurlarının sadələşdirilməsini müzakirə edəcəklər
Türkiyə və Avropa İttifaqı ticarət maneələrinin aradan qaldırılması və viza prosedurlarının sadələşdirilməsini müzakirə edəcəklər

 
Brüsseldə Türkiyə-Avropa İttifaqı yüksək səviyyəli ticarət dialoqunun birinci raundu keçirilib.

Tərəflər bir neçə məsələni müzakirə ediblər, Gömrük İttifaqı çərçivəsində qarşıya çıxan ticarət maneələrinin aradan qaldırılması üçün əməkdaşlıq, eləcə də viza prosedurlarının sadələşdirilməsi, avtomobil nəqliyyatı kvotaları və yaşıl və rəqəmsal transformasiya da daxil olmaqla yeni əməkdaşlıq sahələri haqda danışıblar.

Türkiyənin ticarət naziri Ömer Bolat və Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis görüşün həmsədrləri olublar. Tərəflər həmçinin yeni əməkdaşlıq sahələrinin və imkanların həyata keçirilməsi üçün yol xəritəsi haqqında razılığa gəliblər.