Türkiyə sahilində miqrantların gəmisinin batması nəticəsində ən azı 9 nəfər həlak oldu
Türkiyə sahilində miqrantların gəmisinin batması nəticəsində ən azı 9 nəfər həlak oldu

Türkiyə sahilində miqrantların gəmisi batdı. Ən azı 9 nəfər həlak oldu. Bununla yanaşı xilasedicilər 5 nəfəri xilas edə bildilər. Bir nəfər itkin düşüb.

Türk mətbuatının məlumatına görə, qeyri leqal miqrantlar Türkiyə ərazisindən Avropaya tranzit üçün tez tez istifadə edirlər.

Mətbuatın yazdığına görə, onlar Egey Dənizi ilə Yunanıstana düşməyə çalışırlar. Bu cür səyahətlər əksər hallarda faciəvi başa çatır.