Türkiyə xarici agentlər haqqında qanun qəbul etməyi nəzərdən keçirir
Türkiyə xarici agentlər haqqında qanun qəbul etməyi nəzərdən keçirir

 
Türkiyə Rusiya, Qırğızıstan, Macarıstan və Gürcüstanın ardınca xarici agentlər haqqında qanunun öz variantını qəbul etməyi nəzərdən keçirir-bu haqda məlumatı “Global Voices” yayır.
Yayılmış varianta əsasən, bu paket qanunvericilik ilinin sonuna qədər, 2024-cü ilin iyulun 1-dək Milli Assambleyaya təqdim olunacaq.
Paket “xarici təsir agentləri”, “casuslar” üçün cinayət cəzalarını nəzərdə tutan və “casusluq” anlayışını genişləndirən qanunvericilik dəyişikliyini ehtiva edir.

Tənqidçilər və hüquq müdafiəçiləri bu təşəbbüsün ifadə azadlığını məhdudlaşdırmaq məqsədi daşıdığını və hakimiyyətin vətəndaş cəmiyyətini hədəf alması üçün başqa bir hüquqi bəhanə olduğunu deyirlər.

“Sərhədsiz Reportyorlar” təşkilatının bəyanatında deyilir ki, “təklif edilən qanunvericilik Ərdoğan hökumətinə təkcə Türkiyədə deyil, həm də onun hüdudlarından kənarda da söz və media azadlığını sarsıtmağa davam etməyə imkan verəcək, çünki dəyişiklik Türkiyə vətəndaşlarına, təsisatlarına və xaricdə yerləşən təşkilatlara da şamil edilir”.

Qanun layihəsi ömürük həbs cəzası da daxil olmaqla, azadlıqdan məhrum etməni nəzərdə tutur.