Türkiyə, Bolqarıstan və Rumıniya Qara dənizdə minatəmizləmə əməliyyatlarına başlayıb
Türkiyə, Bolqarıstan və Rumıniya Qara dənizdə minatəmizləmə əməliyyatlarına başlayıb

 
Türkiyə, Bolqarıstan və Rumıniya Qara dənizdə üzən gəmilərin təhlükəsizliyini yaxşılaşdırmaq üçün, xüsusən də Ukraynanın ixrac marşrutlarının təhlükəsizliyini təmin etmək üçün Qara dənizdə minatəmizləmə əməliyyatlarına başlayıb.

Bu haqda məlumatı “Bloomberg” yayır.

Minatəmizləmə əməliyyatlarının həyata keçirilməsi Türkiyənin təşəbbüsüdür.

Türkiyə, Rumıniya və Bolqarıstan bu ilin yanvarın 11-də Qara dənizin sürüklənən minalardan təmizlənməsinə dair saziş imzalayıb. Bolqarıstan hökumətinin bəyanatına əsasən, mina əleyhinə dəniz qrupunun fəaliyyəti başqa hər hansı bir ölkəyə qarşı yönəlməyəcək və əməliyyat iştirakçılar arasında mehriban qonşuluq münasibətlərinin yaxşılaşmasına töhfə verəcək.