Türk mediası- Rəcəb Tayyib Ərdoğan Rusiyaya gedə bilər
Türk mediası- Rəcəb Tayyib Ərdoğan Rusiyaya gedə bilər

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə Qara Dəniz “Taxıl Təşəbbüsü”nün davam etdirilməsini müzakirə etmək üçün Rusiyaya səfər edə bilər. Bu barədə türk mediası Türkiyə liderinin administrasiyasındakı mənbəyə istinadən yazır.

Qeyd edək ki, Putinin Türkiyəyə səfəri avqustun sonuna planlaşdırılmalı idi, lakin türk mediası onun qeyri-müəyyən müddətə, ən azı sentyabr ayına qədər təxirə salınacağına dair məlumat yaymışdı

Türk mediasının yazdığı üzrə, Ərdoğanın Rusiyaya mümkün səfəri “Taxıl sazişi” üçün həlledici əhəmiyyət kəsb edir. Türkiyə Prezidentinin Rusiyaya səfərinin tarixi ilə bağlı məlumat yayılmır.