Torontoda güclü yağış nəticəsində küçələri su basıb, hava limanı, metro, ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb
Torontoda güclü yağış nəticəsində küçələri su basıb, hava limanı, metro, ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb

 
Torontoda daşqın nəticəsində küçələr və metro stansiyaları su altında qalıb-bu haqda məlumatı “Reuters” yayır.

Kanadada Toronto şəhərində güclü yağış daşqınlarla nəticələnib, bu səbəbdən əhalinin bir hissəsinə elektrik enerjisinin verilməsi məhdudlaşdırılıb, 123 000 insan işıqsız qalıb.

Həmçinin, “Reuters”in məlumatına əsasən Torontonun mərkəzində yerləşən Bili Bişop hava limanının fəaliyyəti dayandırılıb, yerli ictimai nəqliyyat da gecikmələrlə hərəkət edir.