Toivo Klaarı Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi vəzifəsində Maqdalena Qrono əvəz edəcək
Toivo Klaarı Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi vəzifəsində Maqdalena Qrono əvəz edəcək

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi vəzifəsini çexiyalı diplomat Maqdalena Qrono tutacaq. Bu barədə məlumatı “X sosial” şəbəkəsində Çexiyanın Avropa İttifaqındakı daimi nümayəndəliyi yayıb.

Onların məlumatına əsasən, Maqdalena Qrononun namizədliyini rəsmi olaraq Avropa İttifaqı Şurası təsdiqləyəcək.

“Siyasi və Təhlükəsizlik Komitəsi çexiyalı Maqdalena Qrononun Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi təyin edilməsinə Bu yaxınlarda təsdiqlədi. Namizədliyi Avropa İttifaqı Şurası rəsmi olaraq təsdiqləyəcək. Sizi təbrik edirəm və yeni vəzifənizdə uğurlar arzulayıram”, – məlumatda qeyd olunub.

Maqdalena Qrono estoniyalı Toivo Klaarı əvəz edəcək. Xatırladaq ki, apreldə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borrell Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı məsələlərində xüsusi nümayəndəsi Toivo Klaarı Özbəkistanda səfir olaraq təqdim etdi.